15:55 - 17.05.2023
17 may, Fineko/abc.az. Mərkəzi Bankın sədrinə müşavir təyin edilib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Vüqar Fərman oğlu Əliyev Mərkəzi Bankın sədrinin müşaviri təyin edilib.
1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.
1997-ci ildə Bakı Dövlət Universitetini “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr, 1999-cu ildə həmin universiteti “Beynəlxalq hüquq” ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.
2004-cü ildə Böyük Britaniyanın “Association of Chartered Certified Accountants” (ACCA) təşkilatının həqiqi üzvü, 2009-cu ildə həmin Assosiasiyanın fəxri üzvü (FCCA) adına layiq görülmüşdür.
2006-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Hüquq elmləri namizədi” alimlik dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 1995-ci ildə ingilis dili tərcüməçisi vəzifəsində başlamışdır.
1996-cı ildə “Price Waterhouse” Azərbaycan şirkətində audit üzrə köməkçi, 1998-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində audit üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir.
1999-cu ildə “PricewaterhouseCoopers” Türkiyə, İstanbul ofisində biznes üzrə məsləhət xidmətləri şöbəsində baş mütəxəssis vəzifəsini icra etmişdir.
2000-ci ildə “PricewaterhouseCoopers” Azərbaycan şirkətində Audit və biznes üzrə məsləhət xidmətləri şöbəsinin meneceri, 2003-cü ildə baş meneceri, 2006-cı ildə isə direktoru vəzifəsinə təyin edilmişdir.
2023-cü ilin aprel ayından Mərkəzi Bankın Sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Hal-hazırda həmin vəzifədə çalışır.
Ailəlidir, iki övladı var.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026