Orta aylıq nominal əməkhaqqı 11,4 faiz artıb, 901 manat oldu

15:21 - 12.05.2023


12 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,4 % artaraq 901 manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, yanvar-fevral aylarının yekununda ölkədə maaşların orta həddi 854 manat təşkil edib.

Beləliklə, təkcə mart ayında orta aylıq əməkhaqqı 47 manat artıb.

3 ay ərzində iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Müəllif: Elmir Murad