16:44 - 5.05.2023
5 may, Fineko/abc.az. Naxçıvan şəhərində Vergi ödəyicilərinə xidmət mərkəzinin açılışı olub.
ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, mərasimdə qurumun rəisi Orxan Nəzərli, muxtar respublikanın baş naziri Səbuhi Məmmədov, Naxçıvan MR Dövlət Vergi Xidmətinin rəisi Abbas İsmayılov iştirak edib.
Vergi ödəyicilərinə xidmət mərkəzində sahibkarlara vergi uçotuna alınmaq, vergi qanunvericiliyinin tətbiqi, vergi bəyannamələrinin tərtib edilməsi və göndərilməsi, vergi ödəyiciləri ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılması və Asan İmza sertifikatlarının verilməsinə dair xidmətlər göstəriləcək.
Qarşıdakı dövrdə muxtar respublikada fəaliyyət göstərən vergi ödəyiciləri üçün vergi xidmətlərinin əlçatanlığının artırılması və könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə nail olunması məqsədilə xidmət mərkəzləri şəbəkəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
28 Avqust 2026
28 Avqust 2026
28 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026
26 Avqust 2026