Almaniyada idxal qiymətləri azalıb - Səbəb

15:08 - 28.04.2023


28 aprel, Fineko/abc.az. Mart ayında Almaniyada idxal qiymətlərində 26 ay sonra ilk dəfə azalma qeydə alınıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumat yayıb.

Qeyd edilib ki, ölkədə “İdxal Qiymət İndeksi” mart ayında ötən ilin eyni dövrünə nəzərən 3,8% azalıb.

Beləliklə, 2021-ci ilin yanvarından bəri ilk dəfə bu göstərici illik azalma qeydə alınıb.

Qeyd edək ki, mart ayında Almaniyada idxal qiymətlərinin 3,6% azalacağı gözlənilirdi.