12:40 - 25.06.2018
25 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 1,09 (1,46%) dollar yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,57 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi, iyunun 22-də keçirilən ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 21-də – 65,54 dollar) 3,04 dollar yüksələrək 68,58 dollar/barelə təşkil edib.
“ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, 22 iyun tarixli ticarətin nəticəsində, ötən yekuna nisbətən (20 iyun – 73,05 dollar) 2,5 (3,42%) dollar bahalaşaraq bir barelə 75,55 dollar təşkil edib.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi azalır və 22 iyun tarixli ticarətin nəticələrinə əsasən 6,97 dollar / barelə təşkil edir.
30 İyul 2026