10:36 - 20.04.2023
20 aprel, Fineko/abc.az. İran bundan sonra ikinci əl avtomobillər idxal edəcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ölkədə avtomobil tədarükü tələbatı ödəmədiyindən hökumət təcili olaraq ikinci əl avtomobillərin idxalı ilə bağlı qərar qəbul edib.
İranın sənaye, mədən və ticarət naziri Rıza Fatemi Emin Nazirlər Kabinetinin iclasından sonra ikinci əl avtomobil idxalına dair qanun layihəsi haqqında məlumat verərkən bildirib ki, avtomobil bazarında tələbin təklifi aşması ilə bağlı problemlərin olduğunu bildirib.
Nazir qeyd edib ki, ötən il və cari ildə istehsal baxımından yaxşı kurs olsa da, insanlar inflyasiyadan aktivlərini qorumaq üçün avtomobil aldılar:
"Avtomobil bazarındakı gərginliyin tez həlli avtomobil idxalına üstünlük verilməsidir. Bu məqsədlə hökumət ikinci əl avtomobillərin idxalı ilə bağlı təcili qanun layihəsini təsdiqləyib və bu qanun layihəsi gündəmə gətiriləcək. Ümid edirəm ki, tez bir zamanda parlamentdə təsdiqlənəcək. Tələb-təklif arasındakı uçurum aradan qalxana qədər bu tətbiq ediləcək”.
Müəllif: Elmir Murad
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026