16:44 - 19.04.2023
19 aprel, Fineko/abc.az. “Paşa Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabata görə, bankın aktivlərinin gəlirliyi 0,05 faiz azalaraq 0,48 faizə düşüb.
Bundan başqa “Paşa Bank”ın kapitalından istifadəsi də 2022 ci ilin 1-ci rübü ilə müqayisədə cari ilin 1-ci rübünə 0,85 faiz azalaraq 5,86 faizə enib.
Hesabata əsasən, Bankın biznes kreditləri 12 milyon 371 min manat azalaraq 2 milyard 368 milyona düşüb.
Hesabat dövründə “Paşa Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 532 min manat artıraraq 67 milyon 564 min manata çatdırıb.
Buna görə də bankın xalis kreditləri 83 milyon 501 min manat və ya 3,20 faiz artaraq 2 milyard 686 milyon manata bərabər olub.
Müəllif: Elmri Muradov
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026