15:42 - 19.04.2023
19 aprel, Fineko/abc.az. “Volkswagen” 2026-cı ilə qədər 10 yeni elektrikli avtomobil modelini satışa çıxarmağı planlaşdırır.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, buna baxmayaraq şirkət Çində bazar payını artırmaq üçün investisiyalarını və əməkdaşlığını da davam etdirir.
“Volkswagen AG” şirkətinin icraçı direktoru Tomas Şafer Çinə olan bağlılıqlarının qaldığını və rəhbər prinsip olaraq Çin üçün tam sürətlə inkişaf etməyə davam edəcəklərini bildirib. Açıqlamaya baxmayaraq onlar elektrikli avtomobillərdə çinli həmkarlarından geri qalırlar. Bu isə onların dünyanın ən böyük avtomobil bazarında paylarının azalmasına səbəb olub.
Bunun fərqində olan “Volkswagen”, elektrikli avtomobillərə investisiyalarını artırmağa davam edir. Ötən illərdə satışa çıxardığı ID.3 və ID.4 modelləri ilə diqqət çəkən şirkət yaxın gələcəkdə yeni elektrik modelləri ilə bazardakı mövqeyini möhkəmləndirməyi hədəfləyir.
18 Avqust 2026