10:22 - 19.04.2023
19 aprel, Fineko/abc.az. Minatəmizləmə Agentliyində 2023-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş geniş tərkibdə iclas keçirilib.
Bu barədə ABC.AZ-a ANAMA-dan bildirilib.
Agentliyin İdarə Heyəti, struktur bölmələri və əməliyyat heyəti rəhbərlərinin iştirakı ilə keçirilən iclasda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib ki, işğaldan azad edilmiş ərazilərin bərpa və yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurdlarında təhlükəsiz və dayanıqlı məskunlaşması məqsədilə həyata keçirilən minatəmizləmə fəaliyyəti Azərbaycan dövlətinin xüsusi prioritetlərindən biri kimi müəyyən edilib. İşğaldan azad edilən ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan minatəmizləmə əməliyyatlarının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
2023-cü ilin ilk rübü ərzində Agentlik tərəfindən aparılan minatəmizləmə fəaliyyəti zamanı 7 944 ha ərazi təmizlənib, 3 878 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar olunub.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026