14:35 - 26.10.2017
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Bakıya səfərə gələcək.
Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev bildirdi ki, dövlət başçısı, “Bakı-Tbilisi-Qars” dəmir yolu layihəsinin rəsmi açılışında iştirak etmək üçün gələcək.
“Bakı-Tbilisi-Qars” layihəsinin rəsmi açılışı 30 oktyabr tarixində keçiriləcək.