ARDNF I rübdə büdcə öhdəliyini 44% az icra edib

10:02 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Dövlət Neft Fondu (ARDNF) dövlət büdcəsinə proqnozdan 1 244 milyon manat və yaxud 44,1 % az – 1 576 milyon manat vəsait transfert edib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, buna səbəb vergi-gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müşahidə olunan müsbət dinamikadır.

Son nəticədə ARDNF büdcə öhdəliyini tam icra etməyib.