16:20 - 17.04.2023
17 aprel, Fineko/abc.az. 2023-cü ilin yanvar-fevral aylarında ölkəyə 12 951 ədəd minik avtomobili, 871 ədəd yük avtomobili, 29 ədəd avtobus idxal olunub.
Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, bu ilin 2 ayında Azərbaycana ümumilikdə 1 mln. 726 min dollar məbləğində avtobus idxal edilib.
Müqayisə üçün qeyd edək ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisinə nisbətdı 83% azdır.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 29 ədəd avtobus (azalma 66.7%) idxal olunub.
18 Avqust 2026