16:04 - 13.04.2023
13 aprel, Fineko/abc.az. ABŞ Maliyyə Nazirliyi mart ayı üçün büdcə balansı hesabatını açıqlayıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ABŞ federal hökumətinin büdcə kəsiri mart ayında 378 milyard dollar olub. Bu isə təbii ki, gəlirlərin azalması və xərclərin artması nəticəsində baş verib.
Müqayisə üçün qeyd edək ki, büdcə kəsiri əvvəlki ilin eyni ayına nisbətən 96% artıb.
Belə ki, Federal hökumətin keçən ilin eyni ayında 193 milyard dollar büdcə kəsiri var idi.
Hökumətin gəlirləri əvvəlki ilin eyni ayına görə təxminən 1% azalaraq 313 milyard dollara enərkən, xərcləri 36% artaraq 691 milyard dollara çatıb.
2023-cü maliyyə ilinin altıncı ayı olan mart ayı etibarilə ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrünə görə təxminən 65% artaraq 1 trilyon 101 milyard dollar oldu.
Müəllif: Elmir Murad