ABŞ anti-Rusiya sanksiyalarından yan keçdiyinə görə Ermənistan şirkətinə qarşı məhdudiyyətlər tətbiq edib

12:46 - 13.04.2023


13 aprel, Fineko/abc.az. ABŞ Ticarət Nazirliyi 28 kommersiya təşkilatına qarşı ixrac məhdudiyyətlərinin tətbiq edilməsi barədə qərar qəbul edib. 

ABC.AZ EADaily-yə istinadən xəbər verir ki, Rusiya, Çin və Türkiyə şirkətləri arasında bir erməni şirkəti də var.
Joe Biden Administrasiyası, siyahıya düşən firmaların “Birləşmiş Ştatların milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına qarşı yönəlmiş fəaliyyətlərlə” məşğul olduğunu iddia edir.

Şirkətlər “ixrac nəzarətindən yan keçmək və Rusiyanın hərbi və/və ya müdafiə sənaye bazasını dəstəkləmək üçün Amerika məhsullarını almaq və ya almaq cəhdi”nə görə məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.

Tətbiq olunan məhdudiyyətlər nəticəsində tədarükçülər əvvəlcədən xüsusi lisenziya almadan Amerika məhsullarını ABŞ Ticarət Nazirliyinin sanksiyaları altında olan hüquqi şəxslərə göndərə bilməyəcəklər.