Subsidiyaların həcmi artıb - Fermerlərin sayı isə azalıb

15:09 - 11.04.2023


11 aprel, Fineko/abc.az. 2020-ci illə müqayisədə 2021-ci ildə əkin subsidiyasının məbləği 25,2 mln. manat və ya 10,8% artaraq 258,6 mln. manata yüksəlib.

ABC.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, bu dövrdə dövlət dəstəyindən istifadə etmiş fermerlərin sayı 6,6 min vahid azalaraq 402 min 593 nəfərədək enib.

Qeyd edək ki, hesabat dövründə orta hesabla bir fermerə düşən subsidiya məbləği 12,6% artaraq 642,2 manatadək yüksəlib.