Ələt limanı bütünlükdə Xəzər dənizinin ən böyük limanıdır - Deputat

12:20 - 11.04.2023


11 aprel, Fineko/abc.az. "Orta Dəhlizin, eləcə də Qərb-Şərq nəqliyyat dəhlizinin reallaşması üçün hər iki ölkə - Qazaxıstan və Azərbaycanda infrastrukturun genişləndirilməsi ilə bağlı investisiya qoyulmasının həcmində artım var".

ABC.AZ xəbər verir ki,bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin dünən Qazaxıstanda çıxışı zamanı qeyd etdiyi "Orta Dəhliz vasitəsilə artıq bütün infrastrukturları tam birləşdiririk. Təkcə tranzit deyi, bütün sahələrdə biznesin inkişafında mühüm əhəmiyyət daşıyacaq” fikirlərini şərh edərkən bildirib.

Vüqar Bayramov qeyd edib ki, Azərbaycan və Qazaxıstan regional nəqliyyat dəhlizinin reallaşmasında əməkdaşlıq edən ölkələrdəndir:

“Bir tərəfdən Bakıda inşa edilən Ələt limanı bütünlükdə Xəzər dənizinin ən böyük limanıdır. Eyni zamanda Qazaxıstan tərəfdən infrastrukturun inkişaf etdirilməsi hər iki ölkədə - Azərbaycan və Qazaxıstanda Ro-Ro terminalının istifadə olunması həm də Orta Dəhliz vasitəsilə daşına yüklərdə xərcin və zamanın azaldılmasına imkan yaradıb. Ona görə də iki ölkə arasındakı əməkdaşlıq bütünlükdə regional nəqliyyat dəhlizinin reallaşmasına xüsusi töhvə verir”.