12:30 - 5.04.2023
5 aprel, Fineko/abc.az. Paytaxtda və ətraf ərazilərdə tıxaclar getdikcə artmaqdadır. Sanki mənzərə yaranır ki, nəqliyyat sistemi idarəolunmaz vəziyyətə gəlib. Hökumətin bununla bağlı hansı tədbirləri var?
ABC.AZ Report-a istinadən xəbər verir ki, Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, iqtisadi aktivliyin, həmçinin əhalinin nəqliyyat ehtiyaclarının artması bütün dünyada, xüsusən iri şəhərlərdə və iqtisadi mərkəzlərdə tıxac probleminin yaranmasına səbəb olur:
"Bakı paytaxt olmaqla yanaşı, ölkəmizin həm iqtisadi, həm təhsil mərkəzidir. Ölkədə əhalinin orta sıxlığı hər kv. km-də təqribən 92 nəfər, Bakı şəhəri aqlomerasiyasında 840 nəfər/kv. km, Abşeron iqtisadi rayonu üzrə 400 nəfər/kv. km təşkil edir. Bu səbəbdən şəhər ərazisində və şəhərin giriş-çıxış yollarında ilbəil artan sıxlıq müşahidə olunur. Bakı şəhəri daxil olmaqla Abşeron yarımadasında yaşayan əhalinin sıxlığı və onların mobilliyinin təmin edilməsi nəzərə alınaraq, inteqrasiya olunmuş nəqliyyat sisteminin qurulmasına ehtiyac var. İctimai nəqliyyatın tənzimlənməsi üçün elə bir dayanıqlı model qurulmalıdır ki, həm sərnişinlərin tələbatı ödənilsin, həm daşıyıcıların maraqları qorunsun, həm də göstərilən xidmətlərin keyfiyyəti və qiyməti əhali üçün uyğun olsun”.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026