17:21 - 4.04.2023
4 aprel, Fineko/abc.az. Rusiya Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı məhsulları ticarəti sahəsində fəaliyyət göstərən "Louis Dreyfus" şirkətinin Rusiyadan taxıl ixracını dayandıracağını açıqlayıb.
ABC.AZ "Bloomberg"-ə istianadən xəbər verir ki, açıqlamada qeyd edilib ki, Louis Dreyfus və digər Qərb kənd təsərrüfatı məhsulları şirkətlərinin Rusiyadan getməsinin ölkədəki ərzaq ixracına təsir etməyəcək.
Rusiya Kənd Təsərrüfatı Nazirliyi martın 29-da bildirib ki, Cargill və Viterra şirkətləri də Rusiya bazarında ixrac fəaliyyətlərini dayandırmaq qərarına gəliblər.
30 İyul 2026
29 İyul 2026