16:01 - 28.03.2023
28 mart, Fineko/abc.az Rusiya Federal Hava Nəqliyyatı Agentliyi İrkutskun “İraero” aviaşirkətinin Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirməsinə icazə verib.
ABC.AZ xəbər verir ki, bu barədə Azərtac məlumat yayıb. Qeyd edilib ki, sənəd agentliyin saytında dərc olunub. Uçuşlar həftədə üç dəfə yerinə yetiriləcək.
Qeyd edək ki, 2021-ci ildə “Red Vings” aviaşirkəti Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirəcəyini elan etmişdi. Lakin bu reyslər yerinə yetirilmədi.
18 Avqust 2026
17 Avqust 2026