11:25 - 21.06.2018
21 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti 0,31 dollar (0,41%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 75,78 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin avqust ayının fyuçersi iyunun 20-də keçirilən ticarətin nəticələrinə görə, keçən nəticəyə nisbətən (iyunun 19-da – 65,07 dollar)1,15 dollar (1,77%) bahalaşıb, və hazırda 66,22 dollar/barelə təşkil edib.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin avqust fyuçersinin qiyməti, ötən nəticəyə qarşı (iyunun 19-da - 75,08 dollar) iyunun 20-də keçirilən ticarətin yekunlarına görə 0,34 dollar (0,45%) ucuzlaşıb və 74,74 dollar / barelə təşkil edib.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi 20 iyun tarixli ticarətin nəticələrinə əsasən 8,52 dollar / barelə təşkil edir.
30 İyul 2026
30 İyul 2026
28 İyul 2026
28 İyul 2026
28 İyul 2026