11:28 - 15.03.2023
15 mart, Fineko/abc.az. Laçın Beynəlxalq Hava Limanının tikintisi prosesində dağlıq ərazilərin partlayışlar vasitəsi ilə hamarlaşdırılmasının görüntüləri yayılıb.
ABC.AZ Report-a istinadən xəbər verir ki, kadrları aeroportun uçuş-enmə zolağının inşasını həyata keçirən "AzVirt" MMC yayıb.
Xatırladaq ki, təməli 2021-ci ildə qoyulmuş Laçın aeroportunun uçuş-enmə zolağının uzunluğu 3 000, eni isə 60 metr olacaq.
Aeroportun beynəlxalq standartlara uyğun olaraq layihələndirilən terminal binasının sahəsi 5 000 kvadratmetr nəzərdə tutulur və saatda 200 sərnişinə xidmət edə biləcək. Bu məqsədlə 6 təyyarə dayanacağı inşa ediləcək.
Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Onun 2024-cü ildə istifadəyə verilməsi gözlənilir.
18 Avqust 2026