15:57 - 14.03.2023
14 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 33.0 min nəfər və ya 2.0 faiz artaraq 1712.1 min nəfər təşkil edib.
ABC.AZ-ın məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11.8 faiz artaraq 856.2 manat olub.
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. 2022-ci ilin sonunda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 839.4 manat (16.8 manat artım), ötən ilin yanvarında isə 765.9 manat olub. (artım 90.3 manat).