15:36 - 14.03.2023
14 mart, Fineko/abc.az. 2023-cü il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 33.0 min nəfər və ya 2.0 faiz artaraq 1712.1 min nəfər olmuş, onlardan 901.1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 811.0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
ABC.AZ bu barədə DSK-ya istinadən xəbər verir.
Muzdla işləyənlərin 19.5 faizi təhsil, 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12.7 faizi sənaye, 8.3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.8 faizi tikinti, 6.5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3.5 faizi peşə, elmi və texniki fəaliyyət, 2.0 faizi maliyyə və sığorta fəaliyyəti, 14.1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.