Məşhur şirkətlər Kanadada akumlyator fabriki qurur

12:32 - 14.03.2023


14 mart, Fineko/abc.az. ''Volkswagen Qrupu'' və akkumulyator şirkəti ''PowerCo'' akkumulyator fabriki üçün Kanadanı seçib.

"PowerCo" qlobal istehsalı bazasını yaratmaq üçün 2030-cu ilə qədər 30 milyard avroya qədər sərmayə qoymağı planlaşdırır. Ontarioda yerləşən müəssisə 2027-ci ildən akkumulyator elementləri istehsal edəcək.

ABC.AZ ''Bloomberg''-ə istinadən xəbər verir ki, bu sərmayə "Volkswagen" Qrupunun batareya xərclərini yarıya endirmək üçün daha geniş qlobal planının bir hissəsidir.

Avtomobil istehsalçısı Avropada altı zavod qurmağı planlaşdırır. Almaniya, Salzgitter və İspaniyanın Valensiya şəhərlərində tikinti işlərinə başlanılıb.