Ağdam Sənaye Parkında yeni qeyri-rezident qeydiyyata alınıb

16:40 - 13.03.2023


13 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə - "Kontakt Kaspi" MMC-yə qeyri-rezident statusu verilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkət Parkda beton məmulatların istehsalı müəssisəsi inşa edəcək.1

İndiyə qədər Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyekti rezident, 4 sahibkarlıq subyekti isə qeyr-rezident kimi qeydiyyatdan keçib.