10:24 - 7.03.2023
7 mart, Fineko/abc.az. “Xiaomi” mart ayında elektromobil istehsalına başlamaq planlarını açıqlayıb. İlk mərhələdə şirkət avtomobil bölməsinə 10 milyard yuan sərmayə qoymağı planlaşdırır. Kütləvi istehsalın 2024-cü ili ortalarında başlayacağı gözlənilir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, şirkət bazarda sərt rəqabətlə üzləşəcək. Belə ki, yeni gənc markalar olan “Xpeng Motors” və “Li Auto” bu gün “Tesla” ilə bazar payını artırmaq uğrunda mübarizə aparırlar.
“Xiaomi”nin əsas biznesinə gəlincə, qlobal iqtisadiyyatda tənəzzül fonunda tələbin azalması səbəbindən smartfonların istehsalı azalıb.
18 Avqust 2026