Bu kadrlara yüksək tələbat var

15:42 - 2.03.2023


2 mart, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi tərəfindən aparılmış təhlillər göstərir ki, texniki və texnoloji, iqtisadiyyat və idarəetmə sahələri üzrə ixtisaslaşmış kadrlara əmək bazarında yüksək tələbat müşahidə olunur.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, 2022-ci ilin son rübünə olan məlumatlara əsasən bu ixtisas qrupları üzrə 2014-2020-ci illərdə məzun olan tələbələrin əmək bazarında məşğulluq səviyyəsi 70 faiz təşkil edir.