Minimum aylıq əməkhaqqı son 5 ildə 2,7 dəfə artıb

15:30 - 2.03.2023


2 mart, Fineko/abc.az. Aparılan ardıcıl sosial islahatlar minimum aylıq əməkhaqqının da mütəmadi artımını təmin edir və son beş ildə bu istiqamətdə 2,7 dəfə artıma nail olunub.

Bu barədə ABC.AZ-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bu artım ölkəmizdə xalis minimum aylıq əmək haqqının (345 manat) xalis orta aylıq əmək haqqına (1 yanvar 2023-cü il tarixə 839,4 manat) nisbəti ilə bağlı göstəricinin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində də mühüm irəliləyişə imkan verib.

Həmin nisbət 2018-ci ildəki 26,5%-dən hazırda 41,1%-ə çatıb. Beləliklə, 2018-2022-ci illərdə bu göstərici 14,6% yüksəlib.