16:30 - 14.02.2023
14 fevral, Fineko/abc.az. “Goldman Sachs”ın məşhur baş icraçı direktoru (CEO) David Solomon, işçilərin ixtisar prosesinə keçən il başlamalı olduqlarını etiraf etdi. Bank bu ilin əvvəlində 3200 işçisi ilə yollarını ayırıb. “Wall Street” nəhəngi Goldman Sachs-ın CEO-su David Solomon bank rəhbərləri ilə şəxsi görüşdə 2022-ci ilin əvvəlində işdən çıxarmalara başlamamaqla səhv etdiklərini söyləyib.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, “Financial Times”ə istinadən xəbər verir ki, Mayamidə Goldman Sachs-ın 400 partnyoru ilə bağlı qapılar arxasında keçirilən görüşdə CEO işçilərin işdən çıxarılmasının ləngliyinə görə məsuliyyəti öz üzərinə götürüb. İqtisadiyyatda əhəmiyyətli bir yavaşlamanın olacağı aydınlaşdığından, baş direktor yeni layihələrə qoyulan investisiyaların bərpa olunduğunu söyləyib.
Goldman bankın son illərdəki ən böyük xərcləri azaltma proqramının bir hissəsi olaraq, işçi qüvvəsinin təxminən 6,5 faizini təşkil edən 3200 iş yerini ixtisar etməyi yanvar ayına qədər gözləyib.
8 Avqust 2026
10 Avqust 2026
10 Avqust 2026