15:29 - 10.02.2023
10 fevral, Fineko/abc.az. Rusiyanın “Aeroflot” şirkəti Gəncəyə reyslər açır.
ABC.AZ xəbər verir ki, bu barədə “Aeroflot”un mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, uçuşlar martın 5-dən həftədə bir dəfə, bazar günləri “Airbus A320” təyyarələri ilə həyata keçiriləcək. Moskva vaxtı ilə 11:00-da Rusiya paytaxtından yola düşən təyyarə yerli vaxtla saat 15:55-də Gəncəyə enəcək. Elə həmin gün təyyarə 17:15-də Gəncədən Moskvaya qayıdacaq.
“Aeroflot” hazırda Moskva, Sankt-Peterburq və Soçidən Bakıya uçuşlar həyata keçirir.
18 Avqust 2026