10:39 - 14.06.2018
14 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci il ərzində uçot dərəcəsini üçüncü dəfə endirdi.
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun sözlərinə görə, uçot dərəcəsi 11%-dən 10%-ə qədər endirilib, faiz dəhlizinin yuxarı və aşağı həddi +/- 2% təşkil edəcək.
12 fevral 2018-ci il tarixində Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 15%-dən 13%-ə endirdi. Aprelin 9-da isə uçot dərəcəsi ikinci dəfə 13%-dən 11%-ə endirildi.
3 Avqust 2026
1 Avqust 2026