14:50 - 6.01.2023
6 yanvar, Fineko/abc.az. Azərbaycan hərbi gücünə görə dünya miqyasında 57-ci sıradadır.
ABC.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərbi sahədə ixtisaslaşmış “Global Firepower” portalı məlumat yayıb.
2023-cü ildəki beynəlxalq reytinqə görə Azərbaycan 145 ölkə arasında 57-ci yerdə qərarlaşıb. Gürcüstan reytinqdə 85-ci, Ermənistan 94-cü yerdədir.
Siyahıda ilk üçlükdə ABŞ, Rusiya və Çin silahlı qüvvələri yer alıb. Qardaş ölkə Türkiyə 11-ci sıradadır.
Reytinqin tərtib olunması zamanı orduların silah sənayesindəki texnoloji inkişafı, maliyyə vəziyyəti, maddi-texniki imkanları və çevikliyi kimi cəhətlər qiymətləndirilir.
18 Sentyabr 2026
18 Sentyabr 2026
18 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
17 Sentyabr 2026
16 Sentyabr 2026
16 Sentyabr 2026