Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək – Vüqar Bayramov

10:39 - 6.01.2023


6 yanvar, Fineko/abc.az. “Son sərəncam ilə Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi”.

ABC.AZ xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib.

O qeyd edib ki, minimum əməkhaqqı bu il üçün müəyyən olunan yaşayış minimumunu 40.2 faiz üstələyəcək.

“Bu sərəncam eyni zamanda digər sahələrdə də artım üçün baza yaradacaq. Son sərəncam 2023-cü ildə də sosial təminat məsələlərinin prioritet olacağını bir daha təsdiq edir. Sosial proqramlarda artımlar il ərzində davam etdiriləcək”, – deyə millət vəkili əlavə edib.