12:45 - 12.06.2018
12 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti valyuta hərracı keçirib.
“İyunun 12-də Mərkəzi Bank Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirmişdir. Valyuta hərracının nəticəsində manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır”, - AMB-dan verilən məlumatda belə deyilir.
Daha öncə, iyunun 7-də keçirilmiş valyuta hərracında ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.