Vasif Talıbov istefa verdi – Ali Məclisdə iclas keçirilib

13:59 - 21.12.2022


21 dekabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istefa verib.

ABC.AZ xəbər verir ki, o, bu gün Ali Məclisin iclasında istefa verdiyini açıqlayıb.

Qeyd edək ki, 62 yaşlı Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışıb.