Mərkəzi Bankın bu tenderi ləğv edildi

10:04 - 16.12.2022


16 dekabr, Fineko/abc.az. Mərkəzi Bankın “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusu ləğv edilib.

ABC.AZ xəbər verir ki, Mərkəzi Bank üçün “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üzrə xidmətin satın alınmasına dair tender Satınalmalar komissiyasının 14 dekabr 2022-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə müvafiq olaraq baş tutmamış hesab edilib.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə Tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayı üçdən az olduqda satınalan təşkilat tenderin davamından imtina edir və bu barədə məlumatı tender elan olunduğu mətbuat orqanında 5 bank günü ərzində dərc etdirir və rəsmi internet saytında yerləşdirir.