15:46 - 12.12.2022
12 dekabr, Fineko/abc.az. "Təəssüf ki, sülhməramlılar azərbaycanlı mütəxəssislərə monitorinq keçirməyə şərait yaratmayıb".
ABC.AZ xəbər verir ki, bunu Bakıda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Nazir müavini bildirib ki, Şuşada aksiya keçirən ekoloji aktivistlərin başlatdığı proseslər dekabrın 2-dən başlayıb. “Orada olan yataqlarımızın istismarı və ekoloji monitorinqin aparılmasına şərait yaradılması ilə bağlı gedib. Təəssüf ki o, şərait yaradılmır. Bu gün səhər saatlarından Azərbaycanın ekoloji QHT və bir çox aktivistlər orada piket keçirir. Onlar Rusiya sülhməramlılarına öz etirazlarını bildirirlər. Əsas məqsəd istismarın dayandırılması, yataqlarımızdan qanunsuz istifadənin dayandırılmasıdır. Həmçinin, bizim ekoloqlara orda dəymiş ziyanın hesablanması, ətraf mühitə təsirləri ilə bağlı monitorinqlərin keçirilməsinə şərait yaradılmasıdır. Təəssüf ki, ötən günlərdə biz buna nail ola bilmədik. Müxtəlif bəhanələrlə istəyimizin qarşısı alındı. Azərbaycan bu məsələdə israrlıdır"- deyə V.Kərimov
27 İyul 2026