Şuşada aksiya keçirilir - Sülhməramlılar əraziyə texnika cəlb edir 

14:12 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Bildiyiniz kimi, Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Şuşada Rusiya sülhməramlılarının postunun yaxınlığında azərbaycanlı mütəxəssislərin yataqların qeyri-qanuni istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamalarına qarşı etiraz aksiyası keçirirlər.

ABC.AZ xəbər verir ki, etiraz aksiyası davam edir, aksiya iştirakçıları çadrlar qurub və Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməmarlıları isə əraziyə xeyli sayda canlı qüvvə və zirehli hərbi texnika cəlb ediblər.