Agentlik tender keçirir

11:39 - 9.12.2022


 9 dekabr, Fineko/abc.az.  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramının icrası məqsədilə dərman vasitələrinin satın alınması üçün tender  elan edib.

Tenderdə iştirak haqqı 1500 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan  sənədlərini 09.01.2023 17:00   tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs : Səbinə Məmmədova telefon : (+994 12) 310 07 70 (4444)