İlham Əliyev yeni texnikalarla tanış olub - Foto

11:24 - 9.12.2022


9 dekabr, Fineko/abc.az. Dekabrın 9-da Prezidenti İlham Əliyev  yeni texnikalara baxış keçirib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.