10:50 - 8.12.2022
8 dekabr, Fineko/abc.az “Formula-1” yeni mövsümün sprint yarışlarını açıqlayıb.
ABC.AZ xəbər verir ki, ötən il keçirilmiş üç sprint yarışının sayı ikiqat artaraq, 2023-cü il mövsümündə altıya çatdırılıb.
Təqvimin ilk sprint yarışı “Formula-1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilməlidir.
“Formula-1” Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali növbəti sprint yarışları ilə bağlı bildirib ki, bu mübarizə ilə bağlı son iki il ərzində azarkeşlərdən çox müsbət rəy alıblar: “Növbəti mövsümdə 6 sprint yarışı keçirməyi səbirsizliklə gözləyirik. Üç gündən ibarət yarış həftəsonunun daha rəqabətli keçməsinə şərait yaradır, avtoidman həvəskarlarına daha çox həyəcan yaşadır. Həmçinin, inanıram ki, sprint formatı əsas tərəfdaşlarımıza – “Formula-1” komandalarına, yayımçılara və yarışa ev sahibliyi edən ölkələrə əlavə dəyər qatacaqdır.”
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026
18 Avqust 2026