17:28 - 30.11.2022
30 noyabr, Fineko/abc.az. Azərbaycanın beynəlxalq müstəvidə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Vayra Vike-Freyberqa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
ABC.AZ xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, sabah Latviyanın ikinci Prezidenti (1999-2007) Vayra Vike-Freyberqanın 85 yaşı tamam olur. O, Şərqi Avropada ilk qadın Prezidentdir.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026