10:36 - 8.06.2018
8 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 1,89 dollar (2,48%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 78,02 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin qiyməti ticarətin yekununda, keçən yekuna (64,73 dollar) qarşı 1,22 dollar yüksəlib və 65,95 dollar/barelə təşkil edib.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin qiyməti ticarətin yekununda, keçən yekuna (75,36 dollar) qarşı 1,96 dollar yüksəlib və 77,32 dollar / barelə təşkil edib.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi ticarətin yekununda 11,37 dollar / barelə təşkil edir.
30 İyul 2026