17:18 - 7.06.2018
7 iyun, Fineko/abc.az. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli idxal-ixrac əməliyyatlarında tətbiq ediləcək yeni qaydaları müzakirə etdilər.
Agentliyin məlumatında deyilir ki, qida məhsullarına şamil olunacaq yeni qaydalar iyulun 1-dən qüvvəyə minir.
“Tərəflər yeni qaydaların tətbiq edilməsi mexanizmlərini müzakirə ediblər. Qurumların rəhbərləri Bakı Baş Gömrük İdarəsinin zalında məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026