10:40 - 7.06.2018
7 iyun, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti dünya bazarında 0,42 dollar (0,55%) yüksəlib.
Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 76,13 dollar təşkil edir.
“Azəri Light” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeydə alınmışdır.
Nyu-Yorkun “NYMEX” («New York Merchantile Exchange») birjasında “WTI” markalı neftin iyul ayının fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (64,73 dollar) qarşı 0,33 dollar yüksəlib və hazırda 65,06 dollar/barelə təşkil edir.
Londonun “ICE” birjasında (InterContinental Exchange Futures) “Brent” markalı neftin iyul fyuçersinin qiyməti keçən ticarətin yekunlarına (75,36 dollar) qarşı 0,48 dollar yüksəlib və hazırda 75,84 dollar / barelə təşkil edir.
“Brent” neft markası ilə “WTI” markası arasındakı qiymət fərqi hazırda 10,63 dollar / barelə təşkil edir.
30 İyul 2026