Gələn il orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır – Detallar

12:27 - 3.11.2022


3 noyabr, Fineko/abc.az. “2023-cü ildə orta aylıq əməkhaqqının 898 manat olması planlaşdırılır”.

ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

Deputat qeyd edib ki, gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur:

“2022-ci ilin sonuna qədər Azərbaycanda orta aylıq əmək haqqının 800 AZN, 2023-cü ildə 898 manat olması planlaşdırılır. Bu isə demək olar ki, əmək haqqının böyük bir qisminin vergidən azad olunması deməkdir”.