"Ekol Mühəndislik Xidmətləri" QSC 26 nəfəri işdən çıxarıb

10:51 - 2.11.2022


2 noyabr, Fineko/abc.az. "Ekol Mühəndislik Xidmətləri" QSC-nin 2021-ci ilin yekunlarına görə illik hesabatını açıqlayıb.

ABC.AZ xəbər verir ki, 2021-ci ilin sonuna şirkətin işçilərini sayı 667 nəfər olub, ötən il 77 nəfər işə qəbul edilib, 26 nəfərişdən çıxarılıb. 

«Ekol Mühəndislik Xidmətləri» QSC-nin 2 təsisçisi var - SOCAR və «Lancer Services S.A» Şirkəti. 

Şirkətdə SOCAR-ın payı 51%-dir - 6923 səhm və 2 milyon 077 min manat. «Lancer Services S.A» Şirkəti isə 49% paya malikdir – 6651 səhm və 1 995 manat. 

2021-ci ilin nəticələrinə görə, «Ekol Mühəndislik Xidmətləri» QSC səhmdarlarına ümumilikdə 611,1 min manat dividend ödəyəcək. 10% verg çıxıldıqdan sonra SOCAR-a (51%) – 280,5 min manat, «Lancer Services S.A.» şirkətinə (49%) isə 269,5 min manat ödəniş ediləcək. 

İlin nəticələrinə görə, QSC-nin 1 080,8 min manat məbləğində xalis mənfəət isə «Ekol Mühəndislik Xidmətləri» QSC-nin inkişafına yönəldiləcək.