14:51 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Gələn il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun (İSF) gəlirlərinin (büdcəsinin) 212,668 milyon manat olacağı göznəlilir.
Bu barədə Hesablama Palatasının Fondun 2023-cü il büdcəsinə verdiyi rəydə bildirilir.
ABC.AZ rəyə istinadən xəbər verir ki, sənədə əsasən, bu, 2021-ci ilin icra göstəricisi ilə müqayisədə 8 %, 2022-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə isə 17,3 % çoxdur.
2023-cü ildə İSF-nin gəlirlərinin 159,576 milyon manatı işsizlikdən sığorta haqları hesabına formalaşacaq.
Bunun isə 22,434 milyon manatı büdcədən maliyyələşən təşkilatlardan, yenə də 22,434 milyon manatı bu təşkilatlarda işləyənlərdən, 114,708 milyon manatı qeyri-büdcə sektorundan daxil olacaq. Bundan başqa, Fond sair daxilolmalar üzrə 60 min manat gəlir əldə edəcək, əvvəlki ilin sonuna istifadə olunmamış 53,032 milyon manat vəsaitə malik olacaq.