10:56 - 1.11.2022
1 noyabr, Fineko/abc.az. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə Bəyanatın razılaşdırıldığını deyib.
ABC.AZ xəbər verir ki, Rusiya lideri bildirib ki, bu gün tərəflər hər üç sessiyadan ibarət danışıqlar aparıblar.
"Əvvəlcə Ermənistan nümayəndə heyəti ilə, sonra isə Ermənistanın Baş naziri ilə təkbətək danışdıq. Daha sonra Azərbaycan nümayəndə heyəti ilə və Azərbaycan Prezidenti ilə təkbətək danışdıq və sonra iki saat, bəlkə də bir qədər artıq müddətdə üçlükdə söhbət etdik. Bizim ümumi fikrimizə görə bu görüş çox faydalı oldu. Məncə bu görüş bəzi prinsipial məsələlər barədə gələcəkdə mümkün razılaşmalar üçün çox yaxşı ab-hava yaratdı. Bu gün biz birgə Bəyanatı razılaşdırdıq", - deyə Vladimir Putin qeyd edib.