Azərişıq tender keçirir

14:26 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az.  “Azərişıq” ASC 0,4 kV elektrik xəttlərində sabit və dəyişən gərginliyi ölçən 1 fazlı elektron cihazların satın alınması üçün tender keçirir.
Tenderdə iştirak haqqı 800 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tələb olunan sənədləri  01.12.2022 16:30 tarixinə qədər təqdim edə bilərlər.
Əlaqələndirici şəxs: Emil Əliyev, telefon : 012 440-39-93 (daxili 29-18)